Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar paketini təqdim edib

   Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar paketini təqdim edib
  15 Mart 2022    Oxunub:1949
Avropa İttifaqı(Aİ) Ukraynadakı vəziyyətlə əlaqədar Rusiya əleyhinə yeni şəxsi və iqtisadi sanksiyalar paketini təqdim edib.
AzVision.az xəbər verir ki, sənəddə Aİ-nin məşhur iş adamı Roman Abramoviç və Rusiyanın bir sıra biznesmenlərinə qarşı sanksiyalar yer alıb.

Avropa İttifaqından Rusiyaya avtomobil ixracı qadağası
Bundan başqa "Pervıy kanal"ın direktoru Konstantin Ernst, "Rosoboroneksport"un rəhbəri Aleksandr Mixeyev, rusiyalı jurnalist Artyom Şeyn Aİ-nin sanksiyaları altına alınıb. Həmçinin Rusiya İstehsalçılar və Sahibkarlar Birliyinin rəhbəri Aleksandr Şoxin də sanksiyalar siyahısına daxil edilib.

Rusiya ilə dəmir və polad ticarətinə də məhdudiyyətlər qoyulub, nüvə enerjisi istisna olmaqla, ölkənin enerji sektoruna investisiyalar qadağan edilib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Sanksiya  



Xəbər lenti