"Monteneqronun cavabı mütləq veriləck" - Rusiya XİN
Pilipson bildirib ki, Moskva Monteneqroya xəbərdarlıq edib ki, onun anti-Rusiya sanksiyalarında iştirakı ölkə iqtisadiyyatına zərbə vuracaq.
- Təəssüf ki, Şimali Makedoniya və Monteneqro Qərbin təsiri altına düşdülər, Ukrayna istiqamətində heç bir müstəqil siyasət qura bilmədilər və frontal sanksiyalar rejiminə qoşuldular. Bu, istər-istəməz onlara zərbə vuracaq, onsuz da ağır olan iqtisadi vəziyyətlərini daha da ağırlaşdıracaq. Təbii ki, Rusiya ilə ikitərəfli münasibətlərə də zərər vuracaq. Biz bu barədə hamını uzun müddət əvvəl və dəfələrlə xəbərdar etmişik, - idarə rəisi əlavə edib.
Xatırladaq ki, martın əvvəlində Rusiyanın Monteneqrodakı səfirliyi ölkənin Xarici İşlər Nazirliyindən rusiyalı diplomatlardan birinin persona non-qrata elan edilməsi ilə bağlı nota alıb.
Tural Tağıyev
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


