Moskva Kiyevin itkilərini açıqladı: 111 təyyarə, 1353 tank

   Moskva Kiyevin itkilərini açıqladı:    111 təyyarə, 1353 tank
  16 Mart 2022    Oxunub:1047
Rusiya dünən Ukraynaya vurduğu zərbələrin sayını açıqlayıb. AzVision.az xəbər verir ki, bu barədə mediaya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov keçirdiyi gündəlik brifinq zamanı məlumat verib.
Onun sözlərinə görə, Rusiya hərbçiləri gün ərzində Ukrayna ordusunun 128 hərbi obyektini vurub.

"3 təyyarə, 4 PUA vurulurb" - Rusiyalı general
- Onların arasında bir Buk-M1 zenit-raket kompleksi, bir Osa hava hücumundan müdafiə sistemi, dörd aşkarlama və hədəf təyinatlı radar stansiyası, 4 komanda məntəqəsi, yeddi silah və sursat anbarı, 6 8 hərbi texnikanın toplanması sahəsi də var.

Gün ərzində Rusiya aerokosmik qüvvələrinin aviasiya və hava hücumundan müdafiə sistemləri də vurulub. Çerniqov vilayətində iki Ukrayna Su-25 təyyarəsi, Novaya Bıkovka rayonunda bir MiQ-29 , həmçinin dörd pilotsuz uçuş aparatı məhv edilib, - general deyib.

Qeyd edilir ki, ümumilikdə, hərbi əməliyyat başlayandan indiyədək Ukraynaya məxsus 111 təyyarə, 68 helikopter, 160 pilotsuz uçan aparat, 159 zenit-raket kompleksi, 1353 tank və digər döyüş zirehli texnikası, 129 reaktiv yaylım atəşi sistemi, 493 səhra artilleriya qurğusu və minaatan məhv edilib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Ukrayna  



Xəbər lenti