- Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin məlumatına görə, gecə saat 3 radələrində düşmən mərmiləri Xarkov məktəblərindən birinin 800 kvadratmetr sahəsini əhatə edən üçmərtəbəli hissəsi dağıdıb. Qeyd olunur ki, son sutka ərzində Dövlət Fövqəladə Hallar Xidmətinin Xarkov qarnizonunun xilasediciləri şəhərin yaşayış məntəqələrinin havadan bombardmanlarının və atəşə tutulmasının nəticələrinin aradan qaldırılmasını dayandırmayıb. Müharibə şəraitində yanğınları aradan qaldırmaq və düşmən atəşi nəticəsində dağılmış binaların dağıntılarını təmizləmək üçün 32 çıxış həyata keçirilib. İndiyə kimi Xarkovun dörd rayonunda xilasetmə əməliyyatları hələ də davam edir,- məqalədə yazılıb.
Qeyd edilir ki, ümumilikdə dünən xilasedicilər tərəfindən dağıntılar altından 4 nəfər xilas edilib. 2 nəfərin meyiti isə dağıntıları altından çıxarıblar.
Tural Tağıyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


