Qarabağda təxribat törədən fransız namizədə hücum olub - VİDEO

 Qarabağda təxribat törədən fransız namizədə hücum olub -   VİDEO
  16 Mart 2022    Oxunub:2232
Fransada prezidentliyə namizədə hücum olub. AzVision.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Bildirilir ki, sağ mərkəzçi partiya "Respublikaçılar"ın prezidentliyə namizədi Valeri Pekresə çəhrayı toz atılıb. İnsident onun Kiçik və Orta Müəssisələr Konfederasiyasında çıxışından sonra baş verib.

Səfirlikdən Pekresə tutarlı cavab
BFMTV Telekanalın məlumatına görə, Pekress kürsüdə çıxış etdikdən sonra "Akira" hərəkatının (kanal bunu “inqilabçı hərəkat” adlandırır-RED.)iki fəalı ona hücum edib.
Bu hadisədən sonra Pekress fəallarla danışmağı təklif edib. Onlardan biri cavab verərək "Buna dəyməz" deyib. Hadisənin səbəbləri açıqlanmır.

Qeyd edək ki, Fransada prezident seçkilərinin birinci turu aprelin 10-da, ikinci turu isə aprelin 24-də keçiriləcək.



Xatırladaq ki, "Respublikaçılar" partiyasının namizədi Valeri Pekres dekabrın 22-də Mişel Barniye və Brüno Retayyonun müşayiəti ilə Azərbaycan sərhədlərini qeyri-qanuni yolla və gizlicə keçərək Qarabağ bölgəsinin Xankəndi şəhərinə səfər etməsi ilə ciddi siyasi qalmaqala səbəb olmuşdu.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Fransa   Namizəd  



Xəbər lenti