Ukraynada hər səhər müharibədə ölənlər anılacaq

Ukraynada hər səhər müharibədə ölənlər anılacaq
  16 Mart 2022    Oxunub:1147
Ukrayna Prezidenti Volodimir Zelenski müharibədə həyatını itirənlərin hər gün bir dəqiqəlik sükutla yad ediləcəyini açıqlayıb.AzVision.azxəbər verir ki, prezident bu barədə xalqa müraciətində məlumat verib.
Zelenski bununla bağlı fərman imzaladığını bildirib.

"Hər səhər saat 09:00-da bütün ölkədə həyatını itirən ukraynalıların xatirəsini anacağıq. Həlak olan həm hərbçiləri, həm də mülki vətəndaşlarımızın xatirəsini yad edəcəyik. Rusiya bu müharibəyə başlamasaydı, hələ də sağ qalacaq hər kəsi yad edəcəyik”, - Ukrayna lideri qeyd edib.

AzVision.az



Teqlər: Çörək   Zavod  



Xəbər lenti