Hollandiya hökuməti: "Rusiyaya olan sanksiyalar biznesimizə mənfi təsir göstərir"

   Hollandiya hökuməti:    "Rusiyaya olan sanksiyalar biznesimizə mənfi təsir göstərir"
  16 Mart 2022    Oxunub:1070
Avropa İttifaqının Rusiya əleyhinə tətbiq etdiyi sanksiyalar holland sahibkarlar üçün ciddi nəticələrə səbəb olur və bu, iş adamlarından gələn sorğuların sayının kəskin artmasına səbəb olub.
AzVision.az xəbər verir ki, bu barədə Hollandiya Nazirlər Kabinetinin bəyanatında məlumat verilib.

- Avropa sanksiyaları Rusiyaya ağır zərbə vurmaqla yanaşı, holland sahibkarlar üçün də ciddi nəticələrə gətirib çıxarır, - bəyanatda deyilir.

Qeyd olunur ki, Rusiyada bizneslə məşğul olan holland iş adamlarının Hollandiya Müəssisə Agentliyinə (RVO) müraciətlərinin sayı son həftələrdə mövcud vəziyyətlə əlaqədar kəskin şəkildə artıb. Sahibkarları maraqlandırır ki, onlar hələ də Rusiya şirkəti və ya fiziki şəxslə iş görə bilərmi?

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti