Ankara Rusiya-Ukrayna danışıqlarının müsbət nəticəsinə ümid edir

 Ankara Rusiya-Ukrayna danışıqlarının müsbət nəticəsinə ümid edir
  16 Mart 2022    Oxunub:1996
Türkiyə Rusiya-Ukrayna danışıqlarının hər raundda getdikcə daha çox anlaşma ilə müsbət nəticəyə gətirib çıxaracağına ümid edir. AzVision.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
- Şərtlərin mürəkkəbliyinə baxmayaraq, diplomatiyaya inanmaqda davam edirik. Biz bu inamı qoruyub saxlayır, Belarusda aparılan danışıqları dəstəkləyirik və onların müsbət nəticələr verməsini arzulayırıq. Hər iki tərəflə təmasları olan bir dövlət olaraq əlimizdən gələni edirik ki, bu prosesə öz töhfəmizi verək, - Çavuşoğlu Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışıqların yekununa dair açıqlamasında deyib.

"Putin - Zelenski görüşünün təşkilini müzakirə etmədik"
Nazir xatırladıb ki, Türkiyə tərəfi Lavrov və Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə bu çərçivədə görüş keçirib.

- Hər sonrakı görüşdə tərəflərin mövqeləri daha aydın olur və münasib əsas yaradır, - türkiyəli nazir deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Ukrayna  



Xəbər lenti