Rusiyanın Avropa Şurasındakı bayrağı çıxarıldı - VİDEO

  Rusiyanın Avropa Şurasındakı bayrağı çıxarıldı  -  VİDEO
  16 Mart 2022    Oxunub:1529
Rusiyanın Avropa Şurasındakı üzvlüyü bu gündən etibarən rəsmi olaraq dayandırılıb.
AzVision.az xəbər verir ki, ölkənin üçrəngli bayrağı Avropa Şurasının bayraqlar xiyabanından çıxarılıb.

Xatırladaq ki, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) üzvləri Rusiya Federasiyasının qurumdan xaric olunması barədə qərar qəbul ediblər. Heç bir ölkə qərarın əleyhinə səs verməyib. AŞPA-nın qərarında deyilir ki, Rusiyanın fəaliyyəti təşkilatın prinsipləri ilə uyğun gəlmədiyi üçün Avropa Şurasına üzvlüyünə xitam verilməsi tövsiyə olunur. Eyni zamanda, AŞPA Avropa İnsan Haqları Məhkəməsində Rusiyaya qarşı iddialara tezliklə baxılmasını xahiş edir.



AzVision.az


Teqlər:



Xəbər lenti