İtaliyada daha bir rus biznesmenin əmlakına həbs qoyulub

   İtaliyada daha bir    rus biznesmenin    əmlakına həbs qoyulub
  16 Mart 2022    Oxunub:1423
İtaliyada daha bir rusiyalı iş adamının əmlakı əlindən alınıb. AzVision.az xəbər verir ki, bu barədə İtaliya Nazirlər Şurasının mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, İtaliyanın aparıcı maliyyə qurumu (Maliyyə Qvardiyası-red.) rusiyalı iş adamı Pyotr Avenin Sardiniyadakı daşınmaz əmlakının 4 milyon avro dəyərində payına həbs qoyub.

Rus oliqarxın 530 milyonluq meqayaxtası müsadirə edildi
Qeyd edilir ki, rusiyalı iş adamı Ukraynadakı vəziyyətlə əlaqədar Avropa İttifaqının sanksiyalarına məruz qalıb. O, Sassari əyalətində yerləşən əmlakın üçdə birinə sahibdir. Bu payın 4 milyon avro olduğu təxmin edilir.

Xatırladaq ki, ötən həftə İtaliyanın Maliyyə Qvardiyası beynəlxalq gübrə istehsalçısı "Eurochem" və kömür-enerji şirkəti "SUEK"in keçmiş əsas benefisiarı Andrey Melniçenkonun aktivlərinə aid yaxtaya həbs qoymuşdu. Yaxtanın dəyəri təxminən 530 milyon avrodur. O, dünyanın ən böyük yaxtalarından biri sayılır.

Tural Tağıyev
AzVision.az



Teqlər:   İtaliya   Rusiya  



Xəbər lenti