Kiyev metrosunda rus diversant tutuldu - FOTO

   Kiyev metrosunda rus diversant tutuldu -    FOTO
  16 Mart 2022    Oxunub:1138
Ukraynada Rusiyaya işləyən diversant saxlanılıb. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Bildirilir ki, diversant Kiyev metrosunun stansiyalarından birində tutulub.
- Bu barədə Kiyev Şəhər Dövlət Administrasiyasının sədr müavini Konstantin Usov məlumat verib. Həmin şəxs paytaxta Rusiyadan gəlib. Usov deyib ki, “Biz onun smartfonunda Ukrayna Silahlı Qüvvələrinin mühüm infrastruktur obyektlərinin, nəzarət-buraxılış məntəqələrinin və yerlərinin fotoşəkillərini tapdıq. Bundan əlavə, saxlanılan şəxsin telefonunda Rusiya abunəçiləri ilə aktiv yazışmalar və Rusiya Federasiyasının vergi ödəyicisinin şəxsi hesabı var”.

Ukrayna hərbçiləri Kaxovska SES-i döyüşsüz təslim edib
Həmin şəxs əlavə araşdırmalar aparılması üçün Ukrayna Təhlükəsizlik Xidmətinə təhvil verilib, - məqalədə yazılıb.



Xatırladaq ki, bir müddət öncə UTX Rovnoda Ukrayna silahlı qüvvələrinin yerdəyişmələri, daşınmaları barədə məlumatı Rusiyaya ötürən yerli sakini saxlamışdı.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Kiyev   Diversant  



Xəbər lenti