Putin Paşinyanla Qarabağı müzakirə edib

   Putin Paşinyanla Qarabağı müzakirə edib
  16 Mart 2022    Oxunub:1260
Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla telefonla danışıb.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistan hökuməti məılumat yayıb. Söhbət zamanı 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlarda əksini tapmış məsələlərə toxunulub.

Tərəflər Azərbaycanla sülh sazişinin imzalanması ilə bağlı danışıqların təşkili üçün Ermənistanın ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə müraciətini müzakirə ediblər. Həmçinin Ermənistan-Türkiyə dialoqu kontekstində son proseslər, eləcə də Ukrayna ətrafında vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.

AzVision.az



Teqlər: Qarabağ  



Xəbər lenti