Ceyhun Bayramov türkiyəli həmkarı ilə Ukraynanı müzakirə edib

   Ceyhun Bayramov türkiyəli həmkarı ilə Ukraynanı müzakirə edib
  16 Mart 2022    Oxunub:1474
Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının Xarici İşlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı baş tutub.
XİN-dən AzVision.az -a verilən məlumata görə, nazirlər bölgədəki cari vəziyyət, o cümlədən Ukrayna ətrafındakı məsələlərlə bağlı fikir mübadiləsi aparıblar. Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

AzVision.az



Teqlər: Ukrayna  



Xəbər lenti