Slovakiya Sovet istehsalı silahları Ukraynaya verə bilər

   Slovakiya    Sovet istehsalı silahları    Ukraynaya verə bilər
  17 Mart 2022    Oxunub:834
Slovakiya Ukraynaya Sovet istehsalı olan hava hücumundan müdafiə sistemlərini, o cümlədən S-300 zenit-raket kompleksləri (SAM) verməyə ilkin razılıq verib. AzVision.az -ın məlumatına görə, bu barədə CNN mənbələrə istinadən xəbər verib. Mənbə bildirib ki, ölkə onu əvəz etmək üçün dərhal digər hava hücumundan müdafiə sistemlərini alacağına zəmanət istəyir, ehtimal ki, bunlar Almaniya və Niderlandın ona verməyə hazır olduqları Amerika Patriotları ola bilər.
Lakin onların Slovakiya qoşunlarına daxil edilməsi və hərbçilərin yeni silah növlərinə yenidən hazırlanması müəyyən vaxt tələb edə bilər. Qeyd olunur ki, Slovakiya Şimali Atlantika Alyansında Sovet hava hücumundan müdafiə sistemlərinə malik olan 3 ölkədən biridir.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Slovakiya  



Xəbər lenti