Kanada Yəmənə humanitar yardım edəcək

Kanada Yəmənə humanitar yardım edəcək
  17 Mart 2022    Oxunub:797
Kanada Yəmənə humanitar yardım üçün 62,5 milyon Kanada dolları (49,1 milyon dollar) ayıracaq.
AzVision.az xəbər verir ki, bunu Kanadanın Beynəlxalq İnkişaf Departamentinin rəhbəri Harcit Sajcan tviter səhifəsində məlumat verib. “Yəməndə davam edən münaqişə ucbatından hər gün daha çox insan əziyyət çəkməyə davam edir. Yəmən xalqının humanitar ehtiyacları üçün 62,5 milyon dollar ayıracağıq”, - o bildirib.

Yəməndə münaqişə 2014-cü ilin avqustundan davam edir. Yəməndəki müharibə dünyada ən böyük humanitar böhran yaradıb. BMT-nin məlumatına görə, 24 milyondan çox yəmənli - ölkə əhalisinin təxminən 80%-i humanitar yardıma ehtiyac duyur, məcburi köçkünlərin sayı isə 3 milyonu ötür.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Yəmən   Kanada  



Xəbər lenti