Kiyevdə vurulan raket yaşayış binasına düşüb - FOTOLAR+Video

   Kiyevdə vurulan raket yaşayış binasına düşüb -    FOTOLAR+Video
  17 Mart 2022    Oxunub:789
Ukraynada vurulan Rusiya raketinin qalıqları hündürmərtəbəli yaşayış binasına düşüb. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Bildirilir ki, hadisə Kiyevdə baş verib və raket qalıqları dağıntılara və yanğına səbəb olub.

- Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin yaydığı məlumata görə, martın 17-də səhər saat 05:02-də "101" Xilasetmə Xidmətinə paytaxtın Darnitski rayonunda yaşayış binasında yanğının baş verməsi və dağıntılar barədə məlumat daxil olub. Dərhal hadisə yerinə yaxınlıqdakı yanğınsöndürənlərlə xilasedicilər gəlib. Hadisə yerinə gələn xilasedicilər müəyyən ediblər ki, binaya düşən raket qalıqlarının yaratdığı fəsadlar nəticəsində 16-cı və texniki mərtəbədəki evin konstruksiyaları dağılıb. 16-cı mərtəbədəki mənzildə yanğın baş verib. Xilasedicilər yanğını söndürməyə müvəffəq olublar. 11-ci və daha yuxarı mərtəbələrdəki mənzillərin sakinləri təxliyə edilir, tikili insanların axtarışı üçün xilasetmə işləri aparılır.

"İlkin məlumata görə, 30 nəfər yerindəcə təxliyə olunub. Onlardan 3-ü xəsarət alıb, 1 nəfər ölüb. Məlumat dəqiqləşdirilir, - məqalədə yazılıb.




Tural Tağıyev
AzVision.az



Teqlər: Kiyev   Raket  



Xəbər lenti