Honkonqda tabut çatışmır

   Honkonqda tabut çatışmır
  17 Mart 2022    Oxunub:2367
Honkonq koronavirusdan ölənlərin çox olması və Çindən malların daşınmasında logistik problemlər fonunda tabut çatışmazlığı ilə üzləşib.
AzVision.az xəbər verir ki, bu barədə “The Standard” qəzeti məlumat yayıb. Dəfn xidmətləri sənayesi mütəxəssisləri bildirib ki, bu həftə qonşu Şençjen metropolisində koronavirusla bağlı tətbiq olunan qapanma səbəbindən tabutların quru nəqliyyatı ilə çatdırılma çətinləşib.

Dəniz yolu ilə çatdırılma altı günə qədər davam edir, bu da narahatlıq və gecikmələrə səbəb olur. Eyni zamanda, Honqkonqun özündə tabutlar istehsal olunmur.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Tabut  



Xəbər lenti