Almaniyada rekord yoluxma halı qeydə alınıb

Almaniyada rekord yoluxma halı qeydə alınıb
  17 Mart 2022    Oxunub:1014
Almaniyada son sutkada rekord sayda - 294 931 nəfərdə koronavirus aşkarlanıb.
AzVision.az xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyinin strukturuna daxil olan Robert Kox İnstitutu açıqlayıb. İnstitutun məlumatına görə, eyni dövr ərzində 278 koronavirus xəstəsi vəfat edib.

Beləliklə, indiyədək Almaniyada 17,9 milyondan çox koronavirusa yoluxma halı qeydə alınıb. Onlardan 126 420 nəfər virusdan ölüb.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Almaniya  



Xəbər lenti