Kiyev Rusiyanın itkilərini açıqladı: 14 min hərbçi, 444 tank

   Kiyev Rusiyanın itkilərini açıqladı:    14 min hərbçi, 444 tank
  17 Mart 2022    Oxunub:1123
Ukrayna mediası Rusiyanın müharibə itkilərini açıqlayıb. AzVision.az xəbər verir ki, saytlar Ukrayna Silahlı Qüvvələri Baş Qərargahına istinad ediblər.
Qeyd edilir ki, Rusiya ordusunun Ukraynada işğala başladığı gündən bəri Moskvanın döyüşlərdəki itkiləri təxminən 14 min nəfər təşkil edib.

Ruslar Ukrayna mövqelərini belə vurdu - VİDEO
- Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının “Facebook” səhifəsində yayılan məlumata görə, fevralın 24-dən martın 17-ə kimi düşmənin ümumi şəxsi heyət itkisi təxminən 14.000 nəfər olub. Vurulan tanklar - 444 ədəd, zirehli döyüş maşınları - 1435 ədəd, artilleriya sistemləri - 201 ədəd, MLRS - 72 ədəd, hava hücumundan müdafiə sistemləri - 43 ədəd, təyyarələr - 86, helikopterlər - 108, nəqliyyat vasitələri - 864, gəmilər -3 ədəd, yanacaq-sürtkü materialları olan sisternlər - 60, əməliyyat-taktiki səviyyəli PUA-lar - 11, xüsusi texnika isə 10 ədəd olub,- məqalədə yazılıb.


Tural Tağıyev
AzVision.az



Teqlər:   İtki   Rusiya   Ukrayna  



Xəbər lenti