Zəlzələ iki milyon insan işıqsız qoydu
Çərşənbə günü Yaponiya rəsmiləri baş vermiş 7,3 bal gücündə zəlzələdən sonra Miyaqi və Fukuşima prefekturaları üçün sunami xəbərdarlığı etsələr də sonradan bu xədəbrdarlığı ləğv ediblər.
Zəlzələ Yaponiyanın şərqində,o cümlədən Tokionun böyük bir hissəsində hiss olunub. Paytaxtda yaşayan 700 min insan da daxil olmaqla ən çox zərər çəkmiş bölgələrdə təxminən iki milyon insan axşam saatlarında işıqsız qalıb. Yüksək sürətlə hərəkət edən Şinkansen qatarının relsdən çıxmasına baxmayaraq böyük dağıntılar və tələfatlar barədə ilkin məlumat verilmir. Qatarda olan 100 sərnişindən heç biri ciddi xəsarət almasa da, bu xəbər Yaponiya sakinlərini şoka salıb.
Rəsmilər Fukuşima Atom Elektrik Stansiyasında heç bir təhlükənin olmadığını bildirsələr də, onlar sakinlərə yaxın günlərdə baş verə biləcək güclü zəlzələlərdən ehtiyatlı olmaları barədə xəbərdarlıq ediblər.
Qeyd edək ki, zəlzələ təxminən 20,000 insanın həyatına son qoyan 2011-ci ildə baş vermiş məşhur zəlzələ və sunaminin ildönümündən qısa müddət sonra baş verib. 9 bal gücündə olan həmin zəlzələ müasir tarixdə ən dəhşətli nüvə fəlakətlərindən birinə səbəb olmuşdu.
Aydan Mustafayeva
AzVision.az
Teqlər: Zəlzələ







Vaxtında, Aydın, Lazımlı!


