Putin Ərdoğanı Rusiya-Ukrayna danışıqları barədə məlumatlandırıb

   Putin Ərdoğanı Rusiya-Ukrayna danışıqları barədə məlumatlandırıb
  17 Mart 2022    Oxunub:865
Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
AzVision.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Telefon danışığı zamanı Ukrayna ətrafında vəziyyətin inkişafının müxtəlif aspektləri müzakirə edilib. Vladimir Putin Rusiya və Ukrayna nümayəndələrinin danışıqlarının gedişi barədə də məlumat verib.

Söhbət zamanı humanitar məsələlərə xüsusi diqqət yetirilib. Rəcəb Tayyib Ərdoğan Türkiyə vətəndaşlarının Ukrayna ərazisindən təxliyəsi, eləcə də Türkiyə yükləri daşıyan gəmilərin Azov dənizindəki Rusiya limanlarından təhlükəsiz çıxışına göstərdiyi köməyə görə rusiyalı həmkarına minnətdarlığını bildirib.

Müxtəlif səviyyələrdə təmasların davam etdirilməsi razılaşdırılıb.

AzVision.az



Teqlər:



Xəbər lenti