"Rusiya “Kalibr” və “İsgəndər” raketlərindən istifadə edib" - Ukrayna MN

   "Rusiya “Kalibr” və “İsgəndər” raketlərindən istifadə edib" -    Ukrayna MN
  17 Mart 2022    Oxunub:1799
Rusiya qoşunları “Kalibr” dəniz bazalı qanadlı raketlərin və “İsgəndər” əməliyyat-taktiki raket sistemlərinin demək olar ki, hamısından istifadə edib.
AzVision.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin “Facebook” sosial şəbəkəsində qeyd edilib.

"Düşmənin maddi-texniki təchizatı ilə bağlı ciddi problemləri var, itki verməkdə davam edirlər. Bəzi istiqamətlərdə Ukrayna Silahlı Qüvvələrinin bölmələri bloklanır. Düşmən əməliyyatın ilk iyirmi günü ərzində “Kalibr” dəniz bazalı qanadlı raketlərinin və “İsgəndər” operativ-taktiki raket sistemlərinin demək olar ki, bütün dəstindən istifadə edib. Ölkənin infrastruktur obyektlərinə və yaşayış məntəqələrinə raket və bombalı hücumlar davam edirlər.

Düşmən Ukraynanın Mariupol şəhərinin mühasirəsini davam etdirir və mülki infrastrukturun, yaşayış binalarının və həyat təminatı obyektləri tamamilə məhv edir".

AzVision.az



Teqlər:



Xəbər lenti