"NATO Ukraynaya yardımı davam etdirəcək" - Baş katib
“Prezident Zelenskinin və Ukrayna xalqının hiss etdikləri məyusluğu və ümidsizliyi tam başa düşürəm. Hər gün xəstəxanalara, məktəblərə, mülki infrastruktura hücumları, mülki əhali arasında itkiləri və dağıntıları görürük. Buna görə də NATO müttəfiqləri Ukrayna qüvvələrini qismən müasir silah sistemləri, hava hücumundan müdafiə və tank əleyhinə silahlar və yanacaqla təmin etməklə dəstəyi artırdılar. NATO-nun müdafiə nazirləri Ukraynaya bu kritik dəstəyi davam etdirəcəklərini təsdiqləyiblər”, - Alyansın rəhbəri vurğulayıb.
O qeyd edib ki, NATO uzun illər Ukraynanı raket və zenit silahları, eyni zamanda bir çox başqa növ texnika ilə təmin edib.
“Buna görə də Ukrayna ordusu və müdafiə qüvvələri 2014-cü illə müqayisədə indi daha böyük, daha güclü, daha yaxşı təchiz edilmiş və təlim keçmişdir. Ukrayna əsgərləri daha yaxşı idarəetmə sisteminə malikdirlər. Biz Ukraynaya yardımı davam etdirəcəyik”, - NATO-nun baş katibi bildirib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


