Yeniyetmənin törətdiyi qəzada 9 nəfər öldü

Yeniyetmənin törətdiyi qəzada 9 nəfər öldü
  18 Mart 2022    Oxunub:837
ABŞ-ın Texas ştatında 13 yaşlı yeniyetmənin idarə etdiyi pikapla mikroavtobusun toqquşması nəticəsində 9 nəfər ölüb.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının (NTSB) sədr müavini Bryus Landberq açıqlayıb.

Bunlar pikapda olan sürücü və sərnişin, həmçinin digər avtomobil - mikroavtobusda olan qolf üzrə kişi və qadınlardan ibarət universitet komandalarının üzvləri və onların məşqçisi olub. Onlardan əlavə iki nəfər müxtəlif dərəcələri bədən xəsarətləri də alıb.

AzVision.az


Teqlər: Qəza  



Xəbər lenti