"6 PUA vurmuşuq, biri "Bayraktar"dır" - Rusiyalı general

   "6 PUA vurmuşuq, biri "Bayraktar"dır" -    Rusiyalı general
  18 Mart 2022    Oxunub:1124
"Rusiya hərbçiləri gecə saatlarında biri "Bayraktar" olmaqla altı Ukrayna pilotsuz təyyarəsini vurub". AzVision.az xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə deyib.
- Gecə saatlarında Rusiya Aerokosmik Qüvvələrinin aviasiya və hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus daha 6 pilotsuz uçuş aparatını, o cümlədən bir "Bayraktar TB-2"ni havada vurub, - Konaşenkov deyib.

Britaniya kəşfiyyatı: "Rusiyanın Ukraynaya hücumu məhdudlaşdırılıb"
O əlavə edib ki, operativ-taktiki, hücum pilotsuz təyyarələri Ukraynanın 81 hərbi obyektini, o cümlədən 4 reaktiv yaylım atəş sistemi qurğusunu, 3 komanda məntəqəsini, səkkiz silah-sursat anbarını və 28 hərbi texnikanın toplandığı ərazini vurub.

Tural Tağıyev
AzVision.az



Teqlər:   PUA   Rusiya  



Xəbər lenti