"Kiyevə göndərilən istənilən silah yükü qanuni hədəfimiz olacaq"

   "Kiyevə göndərilən istənilən silah yükü qanuni hədəfimiz olacaq"
  18 Mart 2022    Oxunub:1342
"Ukrayna üçün nəzərdə tutulmuş içində silah olan istənilən yük Rusiya üçün qanuni hədəfə çevriləcək". AzVision.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov RT-yə müsahibəsində deyib.
O, həmçinin vurğulayıb ki, Moskva başqa ölkələrdən Kiyevə "S-300" zenit-raket komplekslərinin tədarükünə icazə verməyəcək.

Lavrovun sözlərinə görə, Moskva həm Rusiya, həm də Ukrayna və bütün Avropa üçün ümumi olacaq təhlükəsizlik zəmanətləri almaq istəyir.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti