Kiyevdə 222 nəfər ölüb

   Kiyevdə 222 nəfər ölüb
  18 Mart 2022    Oxunub:868
Rusiya hərbçilərinin əməliyyatı nəticəsində Kiyevdə 60-ı mülki vətəndaş olmaqla 222 nəfər ölüb, 889 nəfər yaralanıb.
AzVision.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Kiyev şəhər dövlət administrasiyası başçısının müavini Nikolay Povoroznik bildirib. Onun sözlərinə görə, Kiyevdə hərbi müdaxilənin qurbanlarından 4-ü, yaralıların 18-iuşaqdır. Bundan başqa, 36 yaşayış binası, 5 xüsusi mülk, 6 məktəb binası və 4 uşaq bağçasının binası zədələnib. Nikolay Povoroznik deyib ki, hazırda Rusiya hərbçiləri Kiyevi xaotik olaraq atəşə tuturlar.

AzVision.az


Teqlər: Ukrayna  



Xəbər lenti