"Rusiya Kiyevə zərbə endirməyə hazırlaşır"

   "Rusiya Kiyevə zərbə endirməyə hazırlaşır"
  18 Mart 2022    Oxunub:1163
Rusiya ordusu Kiyevə yenidən zərbə endirməyə hazırlaşır. AzVision.az xəbər verir ki, bu barədə Kiyev vilayəti hərbi administrasiyasının rəhbəri Oleksandr Pavlyuk məlumat yayıb.
"Düşmən möhkəmlənməyə, yenidən toplaşmağa, güc toplayıb paytaxtımıza yenidən zərbə endirməyə çalışır. Lakin əsgərlərimiz bütün planlarını puça çıxarır... Biz düşməni ləyaqətlə qarşılamağa və onu cəhənnəmə göndərməyə hazırıq", - Pavlyuk deyib.

Onun sözlərinə görə, Kiyev vilayətində vəziyyət nəzarət altındadır.

"Ən təhlükəli ərazilər Jitomir şossesi, İrpen, Buça, Qostomel, Vorzel şəhərləri, Dmitriev icması, Makarov, Vışqorod rayonunun şimalı və Brovar rayonunun üç icmasının ərazisi olaraq qalır".

Pavlyuk qeyd edib ki, mülki əhalinin təxliyyəsi aparılır və humanitar yardımlar gətirilir.

“Lakin düşmən bütün beynəlxalq müqavilələrə məhəl qoymayaraq, nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini tam şəkildə pozur”, - o bildirib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti