"Münaqişə nəticəsində Ukrayna əhalisinin 23%-dən çoxu köçkün düşüb" - BMT

   "Münaqişə nəticəsində Ukrayna əhalisinin 23%-dən çoxu köçkün düşüb" -    BMT
  19 Mart 2022    Oxunub:809
Rusiya-Ukrayna münaqişəsi 2149 mülki şəxs müxtəlif formalarda xəsarət alıb, onlardan 816 nəfəri həlak olub.

AzVision.az xəbər verir ki, bu barədə BMT-nin hesabatında deyilir.
Eyni zamanda müharibəsi səbəbindən təxminən 6,5 milyon vətəndaş Ukrayna daxilində evlərini tərk etmək məcburiyyətində qalıb. Fevralın 24-dən daha 3,3 milyon nəfər xaricə səyahət edib.

Ümumilikdə, məcburi köçkünlərin və başqa ölkələrə qaçanların sayı demək olar ki, 9,8 milyon nəfərdir və ya ölkə əhalisinin 23%-dən çoxunu təşkil edir.

Mariupolda vəziyyət pisləşməkdə davam edir. Yerli hakimiyyət orqanları artıq 2350-dən çox ölü barədə məlumat verib. BMT-nin məlumatına görə, qurbanların real sayı iki dəfə çox ola bilər.

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti