Diplomatik qalmaqal: Belarus səfirinə "xəyanət qəpiyi" atıldı- VİDEO

      Diplomatik qalmaqal:   Belarus səfirinə "xəyanət qəpiyi" atıldı-    VİDEO
  19 Mart 2022    Oxunub:1878
Ukrayna ilə Belarus arasında yaranmış hərbi-siyasi qalmaqal böyüməkdədir. AzVision.az xəbər verir ki, bu gün Ukrayna Dövlət Sərhəd Xidmətinin sədri Sergey Deyneko Minski təmsil edən səfir vasitəsilə Belarus Dövlət Sərhəd Komitəsinin sədri Anatoli Lappoya 30 gümüş qəpik göndərib.
Bu rəmzi məna daşıyan qeyri-adi addım Lapponun xəyanətinə görə atılıb.
Deyneko məlum diplomatik jestlə bağlı "Facebook"da paylaşım edib.

Belarus sərhədə "İskəndər"lər yığır? - VİDEO
Qeyd edək ki, gümüş qəpiklərin səfirə təqdim edilməsi lentə də alınıb. Sərhəd xidmətinin polkovnik-leytenantı Belarus səfiri İqor Sokolun yanına içində bir ovuc qəpik olan xüsusi bağlama qoyur. Sərhədçi diplomatın nə qədər müddətdir Ukrayna ərazisində olduğunu soruşduqdan sonra bu addımı atır.

- Bizim Dövlət Sərhəd Xidmətinin rəisi Sergey Deyneko Sərhəd Komitəsinin sədri general Lappoya "salam"ı çatdırmağı və 30 gümüşü şəxsən təhvil verməyi tapşırıb. Bu, əmrdir!, - zabit deyib.

Sokol isə bu xoşagəlməz insidentə velə cavab verib:



"Bu, mənim üçün deyil, sizin üçün bir əmrdir". Bildirilir ki, bundan sonra səfir otaqdan çıxmağa çalışsa da, qəpikləri onun arxasınca atıblar.

Qeyd edək ki, rəsmi Kiyev Belarusu faktiki olaraq öz ərazisini və xüsusən də Ukrayna ilə sərhədləri rus qoşunlarının istifadəsinə verdiyi üçün dəfələrlə qınayıb. İddia edilir ki, məhz Belarusun həmsərhəd rayonlarından Ukrayna şəhərlərinə raket atışları həyata keçirilir, rus qırıcıları üçün isə buradan uçuşlar reallaşdırır.
Həmçinin, döyüşlərdə öldürülmüş və yaralanmış rus hərbçilərinin də Belarusun tibb müəssisələrinə göndərildiyi deyilir.

Xatırladaq ki, Avropa İttifaqı bu yaxınlarda Belarusu Rusiya Federasiyasının Ukraynaya silahlı hücumunun iştirakçısı kimi tanıyıb.


Tural Tağıyev
AzVision.az



Teqlər:   Belarus   Ukrayna   Səfir  



Xəbər lenti