"Rusiya qorxudula bilən ölkə deyil" - Fox News

   "Rusiya qorxudula bilən ölkə deyil" -    Fox News
  19 Mart 2022    Oxunub:1376
"Bir çox amerikalı siyasətçi Rusiyanın Ukraynada keçirdiyi xüsusi əməliyyatı şərh edərkən xeyli səhvlərə yol verir və bəzilərinin ritorikası tamamilə ehtiyatsız, təhlükəlidir". AzVision.az xəbər verir ki, bunu ABŞ müdafiə nazirinin keçmiş müşaviri, ehtiyatda olan polkovnik Duqlas Makqreqor “Fox News”a müsahibəsində deyib.
Onun sözlərinə görə, son vaxtlar atəşkəs barədə söhbətlər tez-tez gündəmə gətirilir. Hətta ABŞ dövlət katibi Entoni Blinken də Moskva ilə Kiyev arasında mümkün razılaşmaya eyham vurub.

"Aİ Ukraynanın bərpasında rusların aktivlərindən istifadə edə bilər" - Bloomberg
Eyni zamanda, Makqreqor qeyd edib ki, imzalanacaq saziş digər məsələlərlə yanaşı, ABŞ-ın Ukraynadan Rusiyaya qarşı "taran" kimi istifadəsini dayandırması mənasına gəlməlidir.

- Kiyevin Avstriya və ya İsveç modelinə uyğun neytrallıq variantına gəlincə, bu, tamamilə təbiidir və regionda gərginliyi əhəmiyyətli dərəcədə azalda bilər. Lakin bəzi amerikalı siyasətçilər bunu dərk etmir və Moskvaya qarşı döyüşkən ritorikasını davam etdirirlər, - polkovnik deyib.

O həmçinin qeyd edib ki, ölkəsində Moskanın gücü haqqında yanlış düşünənlər də az deyil.

- Aydın məsələdir ki, başqa problemlər də mövcuddur. Mən Vaşinqtondakı Rusiya ilə İraqı səhv salan insanları nəzərdə tuturam. Amma Rusiya İraq deyil! Bu, istədiyiniz kimi qorxudula bilən ölkə deyil. Və bu bizə açıq şəkildə nümayiş etdirildi, - Makqreqor deyib.

Müdafiə nazirinin keçmiş müşaviri xatırladıb ki, öz növbəsində heç “Ukrayna da Texas deyil” və ABŞ öz ölkəsində təhlükəsizliyi gücləndirməlidir. Vaşinqton bunu xarici ölkədə etməyə çalışmamalıdır.

Polkovnik qeyd edib ki, Rusiya ilə bağlı vəziyyətdə Vaşinqtonun birtərəfli sanksiya siyasəti Hindistan, Çin, Almaniya və Yaponiya da daxil olmaqla bir çox aparıcı ölkələr tərəfindən dəstəklənməyib. Bu baxımdan, ABŞ-ın mövqeyinə ciddi təsir edəcək bir təhlükə yaranır ki, bu da beynəlxalq maliyyə sisteminin “de-dollarizasiyasıdır”.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   ABŞ   Ukrayna  



Xəbər lenti