Ukrayna Belarusla dəmir yolu əlaqəsini dayandırıb

Ukrayna Belarusla dəmir yolu əlaqəsini dayandırıb
  19 Mart 2022    Oxunub:972
“Hazırda Belarus və Ukrayna arasında dəmir yolu əlaqəsi yoxdur”.
AzVision.az xəbər verir ki, bunu “Ukrzaliznitsa” (“Ukrayna Dəmir Yolu”) ASC-nin idarə heyətinin rəhbəri Aleksandr Kamışin bildirib.

O, Belarus dəmiryolçularına müraciət edərək Rusiya texnikası ilə Ukraynaya doğru qatar sürməmək çağırışı edib.

Belarus Nəqliyyat Nazirliyi Rusiyanın Ukraynaya hərbi hücumu fonunda fevralın 24-də Ukrayna ilə yük dəmir yolu əlaqəsinin dayandırıldığını bildirib. Koronavirus pandemiyası səbəbindən ölkələr arasında sərnişin dəmir yolu əlaqəsi dayandırılıb.

AzVision.az



Teqlər: Ukrayna   Belarus  



Xəbər lenti