Rusiya 400-ə yaxın insanın gizləndiyi məktəbi bombaladı

   Rusiya 400-ə yaxın insanın gizləndiyi məktəbi bombaladı
  20 Mart 2022    Oxunub:765
Rusiya ordusu Mariupolda 400-ə yaxın vətəndaşın sığındığı incəsənət məktəbinə bomba atıb. AzVision.az xəbər verir ki, bu barədə Mariupol Şəhər Şurası öz Teleqramında məlumat yayıb.
Bildirilir ki, Rusiya hərbçiləri 400-ə yaxın mariupol sakininin - qadınların, uşaqların və qocaların gizləndiyi 12 saylı incəsənət məktəbini bombalayıbar. Binanın dağıldığı, mülki şəxslərin hələ də dağıntılar altında qaldığı məlum olub. Zərərçəkənlərin sayı barədə məlumat dəqiqləşdirilir.

Martın 16-da Rusiya qırıcıları Mariupolda yüzlərlə mülki şəxsin gizləndiyi Dram Teatrının binasına bomba atıb. Ölən və xəsarət alanlar haqqında məlumat əldə etmək mümkün olmayıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti