Rusiyaya qarşı beşinci sanksiyalar paketi hazırlanır

   Rusiyaya qarşı beşinci sanksiyalar paketi hazırlanır
  21 Mart 2022    Oxunub:1105
Avropa İttifaqı (Aİ) Ukraynaya hücumla əlaqədar Rusiyaya qarşı beşinci sanksiyalar paketi üzərində işləyir. AzVision.az xəbər verir ki, bu barədə bazar ertəsi Aİ-dəki diplomatik mənbələrə istinadən “Reuters” agentliyi məlumat yayıb. Bundan əlavə, Aİ diplomatları agentliyə bildiriblər ki, Baltikyanı ölkələr, o cümlədən Litva Moskvaya qarşı neft embarqosunda israrlıdır.
Almaniya Avropada enerji qiymətləri yüksək olduğu üçün tələsik addımlar atmamaq barədə xəbərdarlıq edir.

Qeyd edək ki, bu gün Brüsseldə Aİ ölkələrinin xarici işlər və müdafiə nazirlərinin planlaşdırılmış görüşü keçiriləcək, əsas mövzu Ukraynadakı vəziyyət olacaq. Görüşdə Aİ-nin xarici siyasət xidmətinin rəhbəri Josep Borrell nazirlərə münaqişənin inkişafı üçün mümkün ssenarilərin təhlilini təqdim edəcək.

AzVision.az


Teqlər: Rusiya  



Xəbər lenti