ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirə bilər

   ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirə bilər
  21 Mart 2022    Oxunub:680
Birləşmiş Ştatlar Rusiyaya qarşı sanksiyalarını daha çox bankları və Rusiya iqtisadiyyatının enerji ilə bağlı təsirsiz sektorlarını əhatə edəcək şəkildə genişləndirə bilər.
AzVision.az xəbər verir ki, bunu Ağ Evin Milli İqtisadi Şurasının direktor müavini Dalip Sinq CBS telekanalına müsahibəsində bildirib. Ondan Ukraynadakı vəziyyətlə bağlı Vaşinqtonun hələ də Moskvaya qarşı hansı məhdudiyyətlər tətbiq edə biləcəyi soruşulub: “Biz sanksiyalarımızı genişləndirə bilərik. Əlavə məhdudlaşdırıcı tədbirlər daha çox hədəfə tətbiq ediləcək. Daha çox bank, hələ toxunmadığımız sektorlar”, - Sinq bildirib.

O, məhdudiyyətlərin Rusiya iqtisadiyyatının strateji əhəmiyyətli sahələrinə təsir edə biləcəyini izah edib: “Əsasən neft və qazdan danışırıq, amma başqa sektorlar da var. Onları konkretləşdirmək istəmirəm, amma düşünürəm ki, Rusiya prezidenti Vladimir Putin nədən danışıldığını bilir”.


AzVision.az



Teqlər: ABŞ   Rusiya  



Xəbər lenti