Ukraynada 900-dən çox dinc sakin ölüb

   Ukraynada    900-dən çox dinc sakin ölüb
  21 Mart 2022    Oxunub:922
Fevralın 24-ü yerli vaxtla saat 04:00-dan martın 19-u saat 24:00-a qədər BMT ölkədə 2361 mülki şəxsin müharibədən zərər çəkdiyini qeydə alıb - 902 nəfər ölüb, 1459 nəfər yaralanıb. AzVision.az xəbər verir ki, bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının İdarəsi məlumat yayıb.
“Ümumilikdə 902 nəfər (179 kişi, 134 qadın, 11 qız və 25 oğlan, həmçinin cinsiyyəti hələlik məlum olmayan 39 uşaq və 514 böyük) öldürülüb”, - məlumatda deyilir.

Kiyev, Çerkassk, Çerniqov, Xarkov, Xerson, Nikolayevsk, Odessa, Sumı, Zaporojye, Dnepropetrovsk və Jitomir vilayətlərində ümumilikdə 1369 nəfərin zərər çəkdyi bildirilir. Onlardan 654 nəfəri ölüb.

“Qeyd edilmiş mülki itkilərin əksəriyyəti ağır artilleriya və çoxsaylı reaktiv raket sistemlərindən atəşə tutulması, raket və hava zərbələri də daxil olmaqla, böyük dağıntı sahəsinə malik partlayıcı silahlardan istifadə nəticəsində baş verib”, - deyə BMT qeyd edib.


AzVision.az



Teqlər: BMT  



Xəbər lenti