Rusiya Ukraynada 15 minə yaxın hərbçi itirib

   Rusiya Ukraynada    15 minə yaxın hərbçi itirib
  21 Mart 2022    Oxunub:1119
Rusiya Silahlı Qüvvələrinin Ukraynada indiyədək 15 000-ə yaxın hərbçisi zərərsizləşdirilib.
AzVision.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı feysbukda məlumat yayıb.

Bildirilib ki, hücum edən tərəfin 498 ədəd tankı, 1535 ədəd zirehli döyüş maşını, 240 ədəd artilleriya sistemi, 45 ədəd havadan müdafiə sistemi, 97 ədəd hərbi təyyarəsi, 121 ədəd helikopteri, 969 ədəd nəqliyyat vasitəsi, 3 ədəd gəmi/kater, 60 ədəd yanacaq çəni, 24 ədəd dronu məhv edilib.

“Məlumatlar daha dəqiq olur. Hesablama hərbi əməliyyatların yüksək intensivliyi ilə çətinləşir”, - məlumatda vurğulanıb.

AzVision.az


Teqlər: Ukrayna  



Xəbər lenti