Yunanıstanda zavodda partlayış olub

Yunanıstanda zavodda partlayış olub
  21 Mart 2022    Oxunub:888
Yunanıstanın şimalındakı İtea bölgəsində (Qrevena bölgəsi) partlayıcı maddələr istehsal edən zavodda güclü partlayış baş verib.
AzVision.az xəbər verir ki, partlayış müəssisənin əksər obyektlərini sıradan çıxarıb. Hadisə yerinə yanğınsöndürmə briqadaları göndərilib. Zavodun üç mühafizəçisi itkin düşmüş hesab olunur. Hadisə ilə bağlı istintaq aparılır.

AzVision.az



Teqlər: Yunanıstan  



Xəbər lenti