Vuçiç Təhlükəsizlik Şurasını çağırıb

Vuçiç Təhlükəsizlik Şurasını çağırıb
  21 Mart 2022    Oxunub:1140
Serbiya prezidenti Aleksandr Vuçiç Avropa İttifaqının Rusiya neftinin idxalına qadağası ilə əlaqədar martın 22-də ölkənin Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb.
AzVision.az xəbər verir ki, bu barədə “Blic” qəzeti hökumət dairələrindəki mənbəyə istinadən məlumat yayıb. Qeyd olunub ki, iclasda Kosovonun baş naziri Albin Kurtinin Kosovo və Metoxiyada seçki keçirməkdən imtinası, Serbiyaya qarşı sanksiyalarla hədələnməsi, NIS-ə münasibət (Serbiyanın Neft Sənayesi, Qazprom Neft və Serbiya hökumətinin birgə aktivi - Red) və Serbiya bazarı üçün neft alışı müzakirə olunacaq.

Qeyd olunur ki, iclasda Avropada əsas malların tədarükü ilə bağlı vəziyyət fonunda bir sıra məsələlərə baxılacaq. Bundan əvvəl Serbiya prezidenti Aleksandr Vuçiç Aİ-nin Rusiyadan neft idxalına qadağa qoymasını şərh edərkən Serbiyanın faktiki olaraq Qərbin sanksiyaları ilə üzləşdiyini bildirib. Serbiya lideri Serbiyaya və üçüncü ölkələrin Rusiyadan neft idxalına qadağa qoyulmasına, Aİ-nin isə belə hüququnu özündə saxlamasına qəzəblənib.


AzVision.az



Teqlər: Vuçiç   Serbiya  



Xəbər lenti