“China Eastern” “Boeing 737-800”lərin uçuşunu dayandırdı

   “China Eastern”    “Boeing 737-800”lərin uçuşunu dayandırdı
  21 Mart 2022    Oxunub:1208
“China Eastern” aviaşirkəti martın 21-də Kunmin-Quancou istiqamətində uçan “Boeing 737-800” sərnişin təyyarəsinin qəzaya uğramasından sonra istifadəsində olan eyni tip təyyarələrinin uçuşunu dayandırıb.
AzVision.az xəbər verir ki, bu barədə şirkət açıqlama yayıb. ABŞ-ın Federal Aviasiya Administrasiyası qəzanın təhqiqatına dəstkək göstərməyə hazır olduğunu bəyan edib. Qəzaya uğrayan təyyarədə əcnəbi sərnişinlərin olmadığı bildirilir.

Qeyd edək ki, göyərtəsində 123 sərnişin və 9 heyət üzvünün olduğu təyyarə Kunmin şəhərindən Quancou istiqamətində uçarkən Quansi Cuan muxtar bölgəsində qəzaya uğrayıb.

AzVision.az


Teqlər: Təyyarə   Qəza  



Xəbər lenti