Polşa baş nazirinin müavini Aİ-ni kəskin tənqid edib

   Polşa baş nazirinin müavini    Aİ-ni kəskin tənqid edib
  21 Mart 2022    Oxunub:1554
Avropa İttifaqı Polşaya real maddi dəstək vermir və ona qarşı siyasi motivli sanksiyaları davam etdirir. AzVision.az xəbər verir ki, bu barədə “The Daily Telegraph” qəzetinə müsahibə verən Polşa baş nazirinin müavini Pyotr Qlinski bildirib.
Polşalı siyasətçi Aİ ordusunun yaradılması ideyasına müsbət yanaşmayıb: “Mən NATO-ya üstünlük verirəm. Fikrimcə, ABŞ və Böyük Britaniyanın rolu daha vacibdir, ona görə də Avropa ordusu haqqında söhbət vəziyyəti sabitləşdirməyəcək”, - o əlavə edib.

Avropa Komissiyası (AK) Avropa İttifaqı tarixində ilk dəfə olaraq məhkəmə sisteminin müstəqilliyinin fundamental prinsipini pozduğuna görə Polşaya qarşı sanksiya proseduruna başlayıb. Bu qərara Polşa hakimiyyətinin məhkəmə sistemində islahatları səbəb olub. Yeni qaydalar ölkədə etiraz dalğasına, eləcə də bir çox Avropa paytaxtlarında narazılığa və AK-nin araşdırmalarına səbəb olub. Varşava və Brüssel arasında məhkəmə bir neçə ildir ki, davam edir.

Ötən ilin martında Polşa Avropa fondlarından vəsaitlərin ayrılmasının qanunun aliliyi ilə əlaqələndirilməsi mexanizminin Aİ-nin əsas müqavilələrinə uyğunsuzluğundan şikayət edərək, Avropa İttifaqının Ədalət Məhkəməsində iddia qaldırıb. Polşa tərəfinin fikrincə, bu cür qərarların müqavilələrdə hüquqi əsası yoxdur, üzv dövlətlərin səlahiyyətlərinə müdaxilədir, Avropa İttifaqının qanunlarını pozur və Aİ büdcəsindən vəsaitlərin ayrılması yalnız qanunun müddəalarından aydın şəkildə irəli gələn obyektiv və konkret şərtlərin yerinə yetirilməsindən asılı olmalıdır.

AzVision.az


Teqlər: Polşa  



Xəbər lenti