Dünyanın ilk nüvə sualtı qayığı restavrasiya edilir

Dünyanın ilk nüvə sualtı qayığı restavrasiya edilir
  21 Mart 2022    Oxunub:2214
Dünyanın ilk nüvə enerjili sualtı qayığı olan “USS Nautilus” bərpa mərhələsindədir.
AzVision.az xəbər verir ki, bu barədə “Boston Globe” məlumat yayıb. “USS Nautilus” 1954-cü ildə inşa edilib və dünyanın ilk nüvə mühərrikli qayığı olub. Eksperimental gəmidə həddindən artıq səs-küy olduğu üçü bir müddət sonra istifadə olunmayıb. Qayıq 1980-ci ildə donanmadan çıxarılaraq muzeyə çevrilib və Konnektikutda əbədi dayanacaqa göndərilib.

İndi tarixi gəminin bərpasına 36 milyon dollar ayrılıb. Bu pula gövdə cilalanacaq və rənglənəcək, həmçinin üst göyərtələr yenilənəcək. Bundan əlavə, elektrik naqillərinin və daxili işıqlandırmanın dəyişdirilməsi planlaşdırılır, bütün işlər artıq başlayıb və altı ay çəkməlidir. Bundan əlavə, “USS Nautilus” 1958-ci ildə Şimal qütbünə çatan ilk gəmi olub.


AzVision.az



Teqlər: ABŞ   Qayıq  



Xəbər lenti