2 yaşlı adamı yanğından xilas edən qəhrəman uşaq

   2 yaşlı adamı yanğından xilas edən qəhrəman uşaq
  22 Mart 2022    Oxunub:1548
Rusiyanın Başqırdıstan bölgəsində yeddinci sinif şagirdi iki təqaüdçünü yanğından xilas edib. AzVision.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional baş idarəsi məlumat yayıb.
Bildirilir ki, qəhrəman uşağa xüsusi mükafat təqdim olunacaq.

Qeyd olunur ki, hadisə Kuqarçinski rayonunun Mrakovo kəndində baş verib. Yanğınsöndürənlər gələnə qədər evdə yaşayan cütlük təxliyə edilib və onlar xəsarət almayıblar.

"7-ci sinif şagirdi Arslan Şafiqovun sayıqlığı, cəsarəti və qətiyyəti sayəsində onların həyatına heç bir təhlükə yaranmayıb. O, yanğını görüb, yanğın barədə xəbərdarlıq etmək üçün qonşuların evinə gedib və yanğınsöndürənləri də çağırıb", - məlumatda deyilir.

Yanğının genişləndiyini və qocaların əlilliyə görə artıq evdən çıxa bilmədiyini görən oğlan onlara pəncərədən xilas olmağa kömək edib.




Tural Tağıyev
AzVision.az



Teqlər: Yanğın   Rusiya  



Xəbər lenti