İsrailin baş naziri Kiyevə gedir: Zelenski ilə atəşkəsi müzakirə edəcək

      İsrailin baş naziri Kiyevə gedir:    Zelenski ilə atəşkəsi müzakirə edəcək
  22 Mart 2022    Oxunub:1947
İsrailin baş naziri Naftali Bennet kəşfiyyat xidmətindən mühüm atəşkəs danışıqları üçün Kiyevə səfərinə hazırlaşmağı xahiş edib. AzVision.az xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.
Qeyd edilir ki, İsrail Təhlükəsizlik Xidmətinin əməkdaşları Rusiyanın Ukrayna şəhərlərini bombalaması fonunda belə bir səfərin məxfi xidmətlər üçün dəhşətli olacağını düşünürlər.

Məlumata görə, İsrail rəsmiləri artıq Ukrayna hakimiyyətinə xəbərdarlıq ediblər ki, Bennet Kiyevə fotosessiya xatirinə gəlmir. O, konkret məqsədlər üçün səfər edir. Əgər münaqişə tərəfləri atəşkəsə hazır olsalar, ölkələrə müharibənin sona çatmısana kömək edəcək.

Bennet bu məqsədlə artıq Rusiyada Putini ziyarət edib. Baş nazir hələlik bu məlumatı şərh etməyib.


Tural Tağıyev
AzVision.az



Teqlər: İsrail   Ukrayna  



Xəbər lenti