İtaliya rus oliqarxların 800 milyon avroluq aktivlərini dondurub

   İtaliya rus oliqarxların  800 milyon avroluq  aktivlərini dondurub
  22 Mart 2022    Oxunub:2200
İtaliyada Rusiya oliqarxlarına məxsus dondurulmuş aktivlərin dəyəri açıqlanıb. AzVision.az xəbər verir ki, bu barədə İtaliyanın Baş naziri Mario Draqi açıqlama verib.
Onun sözlərinə gprə ölkədə Avropa Birliyinin sanksiyalarına salınmış Rusiya oliqarxlarının həbs qoyulmuş aktivlərinin dəyəri 800 milyon avrodan çoxdur.

Rus oliqarxın 530 milyonluq meqayaxtası müsadirə edildi
- Tərəfdaşlarımızla razılaşdığımız sanksiyalar Rusiya hökumətini hərbi əməliyyatları dayandırmağa, ciddi və səmimi şəkildə danışıqlar masasına oturmağa yönəltmək məqsədi daşıyır. Bizi parçalamaq istəyən Rusiyadan əvvəl biz Aİ və NATO kimi birlik nümayiş etdirdik. Bu sanksiyalar Rusiya iqtisadiyyatına, maliyyə bazarlarına və prezident Putinə yaxın şəxslərin şəxsi sərvətlərinə ağır zərbə vurdu. İtaliyada Aİ siyahılarında olan oliqarxların 800 milyon avrodan çox aktivini dondurduq, - Baş nazir deyib.

Qeyd edək ki, Rusiyanın Ukraynaya hücumundan sonra Avropa Birliyi və bir sıra ölkələr Rusiya oliqarxların əmlak və bank hesablarına həbs qoyublar. Bu addım həmin şəxslərin Rusiya rəhbərinin məlum hərbi əməliyyatlara dəstək vermələri ilə əlaqləndirirlir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   İtaliya   Rusiya  



Xəbər lenti