Norveç kralı koronavirusa yoluxub

Norveç kralı koronavirusa yoluxub
  22 Mart 2022    Oxunub:1321
Fevral ayında 85 yaşını qeyd etmiş Norveç kralı V Haraldın koronavirus testi müsbət çıxıb. AzVision.az xəbər verir ki, bu barədə kral sarayının mətbuat xidməti məlumat yayıb.
"Əlahəzrət Kralın koronavirus testi müsbət çıxıb. Monarxın yüngül simptomları var və o qarşıdakı günləri xəstəxanada keçirəcək", - məlumatda deyilir.

Qeyd edilir ki, Kralın vəzifələrini müvəqqəti olaraq Vəliəhd Şahzadə Haakon yerinə yetirəcək.

AzVision.az



Teqlər:



Xəbər lenti