Ukrayna müharibəsi "Volkswagen Slovakiya"nı da vurdu

   Ukrayna müharibəsi    "Volkswagen Slovakiya"nı    da vurdu
  22 Mart 2022    Oxunub:1689
"Volkswagen Slovakiya"nın Bratislavadakı zavodu Ukraynadakı hərbi əməliyyatlar nəticəsində yaranan komponent çatışmazlığı səbəbindən avtomobillərin istehsalını dayandırıb. xəbər verir ki, bu barədə şirkət öz saytında məlumat yayıb.
"Zavodda istehsalın müvəqqəti dayandırılması koronavirus pandemiyası nəticəsində yarımkeçiricilərin qlobal şəkildə davam edən uzunmüddətli çatışmazlığı, eləcə də Ukraynada baş verən hadisələrlə əlaqədar bəzi hissələrin qismən tədarük çatışmazlığı ilə bağlıdır”, - məlumatda deyilir.

Qeyd edək ki, "Volkswagen Slovakiya" zavodu "Skoda Karoq", "Audi Q7", "Audi Q8", "Volkswagen Touareg" və "Porsche Cayenne" modellərini istehsal edir.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti