"Bu gün 1-i "Bayraktar" olmaqla 6 PUA vurmuşuq" - Rusiyalı general

         "Bu gün 1-i "Bayraktar" olmaqla 6 PUA vurmuşuq" -    Rusiyalı general
  22 Mart 2022    Oxunub:1021
Rusiya silahlı qüvvələri gün ərzində altı Ukrayna Pilotsuz Uçuş Aparatını(PUA) vurub. AzVision.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov məlumat verib.
Mariupolda helikopter vurulub
- Rusiyanın hava hücumundan müdafiə sistemləri Xarkov vilayətinin Merefa kəndi yaxınlığında biri "Bayraktar TB-2" olmaqla altı Ukrayna pilotsuz uçuş aparatını havada vurub, - Konaşenkov deyib.

Qeyd edək ki, Rusiya ümumilikdə, müharibə başlayandan bəri Ukraynanın 236 PUA-sını vurduğunu bəyan edib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   PUA   Rusiya  



Xəbər lenti