Psaki virusa yoluxub

Psaki virusa yoluxub
  22 Mart 2022    Oxunub:1138
Ağ Evin mətbuat katibi Cen Psakinin koronavirus testi müsbət çıxıb və karantinə alınacaq.

AzVision.az xəbər verir ki, bu barədə onun adından dərc olunmuş bəyanatında deyilir.

“Bu səhər Avropaya səfərə hazırlaşarkən PCR testi verdim. Müsbət nəticə göstərdi. Bu o deməkdir ki, mən Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin tövsiyələrinə əməl edəcəyəm və prezident ABŞ Co Baydenlə birlikdə Avropaya getməyəcəm”, Psaki bildirib.

O, Amerika liderinin testinin mənfi nəticə verdiyini açıqlayıb. Psaki qeyd edib ki, ən azı bir neçə gün karantində qalmaq niyyətindədir.

AzVision.az



Teqlər:



Xəbər lenti