"Javelin"in rus tankını vurma anı - VİDEO

   "Javelin"in rus tankını vurma anı -    VİDEO
  22 Mart 2022    Oxunub:1495
Ukrayna mediası Rusiya zirehli texnikasının "Javelin" tank əleyhinə raketlə vurulması barədə video yayıb. AzVision.az xəbər verir ki, saytlar atışın "Xolodniy yar" briqadası tərfindən reallaşdırdığını yazıblar.
"Ukrayna hərbçiləri rus işğalçılarının texnikasını məhv etməkdə davam edir. Bu işdə onlara "Javelin" tank əleyhinə raket sistemi kömək edir. Yayılan videoda aşkar görünür ki, düşmənlər öz texnikalarını Ukrayna kəndlərindən birində gizlədiblər.

Rusiya əsgərlərinin vurulma anı - VİDEO
Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının məlumatına görə, o, "Xolodnıy Yar" briqadasının döyüşçüləri tərəfindən məhv edilib. "Javelin" sayəsində döyüşçülər dəqiq zərbə vurmağı bacarıblar ki, bununla da yaxınlıqdakı binalara ziyan dəyməyib", - məqalədə yazılıb.


Tural Tağıyev
AzVision.az



Teqlər:   Javelin   Tank   Ukrayna  



Xəbər lenti